...

Prezident Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 8 Fevral 2006 21:25 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Trend xəbər verir ki, sərəncama əsasən Dünya Azərbaycanlılarının II qurultayı 2006-cı il martın 16-da Bakı şəhərində keçiriləcək.

Sərəncamda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə qurultayın keçirilməsi məqsədilə iş planını hazırlayıb təsdiq edilməsi göstərilib.

Xəbər lenti

Xəbər lenti