...

Azərbaycan, Qazaxıstan və Rusiya sərhəd xidmətləri qərargahlarının rəislərinin görüşü keçirilib

Siyasət Materials 9 Fevral 2006 16:51 (UTC +04:00)

Fevralın 9-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında Azərbaycan, Qazaxıstan və Rusiya sərhəd xidmətləri rəislərinin görüşü keçirilib. Trend xəbər verir ki, görüşdə DSX rəisi Elçin Quliyev də iştirak edib.

Elçin Quliyev qonaqların nəzərinə çatdırıb ki, məqsədyönlü və uğurlu fəaliyyət nəticəsində Azərbaycan artıq Avropa dövlətləri arasında öh yeri və çəkisi olan ölkəyə çevrilib. Digər sahələrdə olduğu kimi, sərhəd əməkdaşlığı sahəsində də proseslər yüksələn xətt üzrə inkişaf etməkdədir. Dövlət Sərhəd Xidməti xarici ölkələrin müvafiq qurumları ilə işgüzar əlaqələri genişləndirir, beynəlxalq təcrübədən bəhrələnməklə sərhədlərimizin mühafizəsini daha da gücləndirir, milli maraqlarımızın daha yüksək səviyyədə qorunmasını təmin edir.

Bu istiqamətdə görülmüş işlər sırasında çoxsaylı beynəlxalq konfranslarda iştirakı, dünyanın bir çox ölkələri ilə bağlanmış saziş və memorandurmalı xüsusi qeyd etmək olar. Avroatlantik tərəfdaşlıq Şurası çərçivəsində fəaliyyətini genişləndirən, bir sıra qərb dövlətlərinin sərhəd qurumları ilə işgüzar münasibətlər yaradan Dövlət Sərhəd Xidməti qonşu ölkələrlə də əlaqələrin inkişafına xüsusi diqqət yetirir.

Görüş zamanı Xəzər dənizində qeyri-qanuni miqrasiyanın, narkotik maddələrin, silahların yayılması, qaçaqmalçılıq fəaliyyətinin, terrorçu və digər cinayətkar qrupların ölkə ərazilərinə daxil olmasının qarşısının alınması üzrə əməkdaşlığın həyata keçirilməsini, qeyri-qanuni fəaliyyətə qarşı mübarizə üzrə qarşılıqlı məlumat mübadiləsinin təşkilini və digər zəruri məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti