...

Rasim Musabəyov: "Azadlıq" blokundakı partiyalar yenə bir araya gələcək

Siyasət Materials 10 Fevral 2006 15:14 (UTC +04:00)

Müsavat Partiyasının keçmiş funksioneri Rasim Musabəyov bildirib ki, partiyanın "Azadlıq" blokunu tərk etməsi müxalifət daxilində münasibətləri gərginləşdirməyəcək. O, Trend ə açıqlamasında deyib ki, Müsavat Partiyasının parlamentin iclaslarında və təkrar seçkidə iştirak etmək barədə qərarı düzgün addımdır.

Qeyd edək ki, Müsavatın parlamentin iclaslarında və təkrar seçkidə iştirak etmək barədə qərarı onun "Azadlıq" blokundakı digər partiyalarla müttəfiqliyinə son qoydu. Rasim Musabəyov hesab edir ki, Müsavatın blokdakı digər iki partiyadan uzaqlaşması Azərbaycanda siyasi proseslərin bugünkü gedişinin nəticəsidir. Lakin gələcəkdə yeni siyasi situasiya yaranarsa, yenə də bu qüvvələr bir araya gələcək: "Onların münasibətləri əbədi olaraq pozulmayıb. Zərurət yarandıqda yenidən bir yerə toplaşacaqlar. "Azadlıq" bloku seçkiləri boykot üçün deyil, seçkidə iştirak məqsədilə yaradılmışdı. Ona görə də blokdakı partiyanın öz deputat mandatından istifadə etməsi normal haldır"-deyə R.Musabəyov vurğulayıb.

Politoloq R.Musabəyov özünün təkrar parlament seçkisində iştirak etməyəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti