...

Azərbaycan prezidentinə İsrail prezidentinin məktubu təqdim olunub

Siyasət Materials 13 Fevral 2006 17:35 (UTC +04:00)

İsrail prezidenti Moşe Katsav Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan ABŞ-ın yəhudi təşkilatları Konfransının sədrinin müavini və məktubu Azərbaycan prezidentinə təqdim edən Malkolm Hoenleyn məlumat verən.

Onun sözlərinə görə, İsrailin dövlət başçısı məktubunda Azərnbaycanı ikitərəfli siyasi və iqtisadi münasibətləri genişləndirməyə dəvət edir. M.Hoenleyn bildirib ki, məktubda İsrailin belə öhdəlikləri öz üzhərinə götürməyə hazır olduğu göstərilir.

İ.Əliyevlə görüş gedişində Azərböaycanın Təl-Əvivdə nümayəndəliyinin açılması məsələsi müzakirə olunub. "Azərbaycan prezidenti bizi məsələyə hökumət tərəfindən baxıldığına əmin etdi", -deyə M.Hoenleyn bildirib.

Prezidentlə görüş zamanı həmçinin, Azərbaycandan İsrailə enerji ehtiyatlarının nəqli məsələsi də qaldırılıb. "Bu məsələnin böyük perspektivləri var və o, həm Azərbaycan, həm də İsrail üçün sərfəli ola bilər", -deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti