...

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbəri MSK sədri ilə görüşüb

Siyasət Materials 13 Fevral 2006 17:56 (UTC +04:00)

Fevralın 13-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Covanni di Stazinin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Görüşdə MSK sədri Azərbaycanın 1999-cu ildən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlıq etdiyini bildirib. Məzahir Pənahov MSK-nın hazırkı tərkibi və seçki komissiyalarının formalaşdırılması barədə də məlumat verib.

C.Stazi Azərbaycanın demokratikləşməsində MSK-nın böyük rol oynadığını deyib. O, Azərbaycan rəhbərliyinin beynəlxalq standartlara uyğun qanunverici baza yaratmaq səylərindən xəbərdar olduğunu, MSK-nın 125 seçki dairəsində əlverişli fəaliyyət şəraiti yaratmasını yüksək qiymətləndirdiyini qeyd edib. Avropa Şurasının nümayəndəsi 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində nəticələri etibarsız hesab edilmiş bələdiyyələrə seçkilərin nə zaman keçiriləcəyi ilə maraqlanıb. MSK sədri bildirib ki, 2005-i ildə Milli Məclisə seçkilərin keçirilməsi nəticələri etibarsız sayılan bələdiyyələrə təkrar seçkilərin keçirilməsini mümkünsüz edib. M.Pənahov payıza qədər bu məsələnin həllini tapacağını deyib.

Xəbər lenti

Xəbər lenti