...

Novruz Məmmədov Prezidentlərin Fransa görüşü zamanı Köçəryanın atdığı addımı pisləyib

Siyasət Materials 14 Fevral 2006 12:22 (UTC +04:00)

"Azərbaycan və Ermənistan prezidentlərinin Fransada keçirilmiş sonuncu görüşü zamanı Köçəryanın atdığı addım onun danışıqlarda özünə inamsızlığından xəbər verir". Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

"Robert Köçəryanın Rambuye qəsrindəki danışıqları yarımçıq kəsməsi ilə bağlı məlumat həqiqətə uyğundur. Köçəryan olduqca qeyri-ciddi bir hərəkətə yol verdi. Bununla da o göstərdi ki, danışıqlarda özünə inanmır" - deyə N.Məmmədov bildirib.

Qeyd edək ki, fevralın 11-də prezidentlərin Rambuye qəsrindəki sözügedən görüşü zamanı Ermənistan prezidenti Robert Köçəryan Ermənistanın müdafiə naziri Serj Sarkisyanın yaxın qohumunun vəfat etməsini bəhanə gətirərək görüşü yarımçıq tərk edib.

Xəbər lenti

Xəbər lenti