...

Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin işçi qrupunun iclası başlayıb

Siyasət Materials 14 Fevral 2006 13:42 (UTC +04:00)
Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin işçi qrupunun iclası başlayıb

Fevralın 14-də Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin energetika sahəsində əməkdaşlıq məsələləri üzrə işçi qrupunun iclası başlayıb. Trend in verdiyi məlumata görə, görüş iştirakçı ölkələrin 11 ekspert qrupu səviyyəsində keçirilir. Təşkilata daxil olan ölkələrdə neft və qaz sahəsinin inkişafı məsələləri müzakirə olunur, eləcə də neft-qaz layihələrinin reallaşdırılması mövzusunda məruzələr dinlənilir.

İclasın gedişində işçi qrupun fəaliyyət planı hazırlanacaq, Bakıda və Aleksandropulisda qəbul edilmiş energetika sahəsində əməkdaşlıq üzrə bəyannamə reallaşdırılması nəzərdə tutulub və strateji enerji layihələri müzakirə olunacaq.

İclasda "Energetika siyasəti və onun tətbiqi" layihəsi müzakirə olunacaq ki, onun çərçivəsində QİƏT-AB vahid şəbəkəsinin yaradılacağı nəzərdə tutulub.

İclasa Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev sədrlik edir. İşçi qrupun işində səfirliklərin, xarici şirkətlərin, Sənaye və Energetika Nazirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin və ölkənin digər energetika idarələrinin nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti