...

Azərbaycan prezidenti "Ukrayna" fondunun sədri Leonid Kuçma ilə görüşüb

Siyasət Materials 15 Fevral 2006 14:29 (UTC +04:00)

Azərbaycan prezidenti Bakıda "Ukrayna" fondunun sədri Leonid Kuçma ilə görüşüb. Trend in xəbər verdiyi kimi, İlham Əliyev və Leonid Kuçma həm də Heydər Əliyev Fonduna baş çəkib.

"Ukrayna" fondunun rəhbəri və onun xanımına Azərbaycanın keçmiş prezidentinin xatirəsinə hörmət əlaməti olaraq yaradılmış Fond və onun məqsədləri haqqında məlumat verilib. Ukraynalı qonaqlar Heydər Əliyevin şəxsi arxivindən götürülmüş, onun fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən eksponatlarla, eks-prezidentin həyatının ayrı-ayrı anlarını əks etdirən və Azərbaycan tarixinin bütöv dövrü haqqında geniş təsəvvür yaradan şəkillərlə, o cümlədən xalqımızın gökrəmli oğluna həsr olunmuş kitablarla tanış olub. Leonid Kuçma Fondun hörmətli qonaqları Kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti