...

AB-nin Cənubi Qafqaz ölkələri üzrə yeni xüsusi nümayəndəsi martda işə başlayacaq

Siyasət Materials 15 Fevral 2006 15:12 (UTC +04:00)

Avropa Birliyinin (AB) Cənubi Qafqaz ölkələri üzrə yeni xüsusi nümayəndəsi, İsveç diplomatı Piter Semnebi öz vəzifəsinə rəsmən bu ilin martında başlayacaq və bundan sonra, gözlənildiyi kimi, regiona gələcək. Trend bildirir ki, fevralın 15-də jurnalistlərlə söhbətində AB Avropa Komissiyasının Azərbaycandakı xüsusi səfiri Alan Vaddams bu barədə bəyan edib.

"Mən ümid edirəm ki, səfər çox yaxın vaxtda baş tutacaq. Məndən fərqli olaraq o, (Semnebi - Trend ) bütün Avropa Birliyini təmsil edəcək"-deyə A. Vaddams qeyd edib və bildirib ki, səfərin hər hansı dəqiq tarixi hələlik yoxdur.

Jurnalistlərin AB-nin və xüsusilə Avropa Komissiyasının Xəzər dənizinin statusu ilə bağlı danışıqlarda mümkün iştirakı barədə suallarını cavablandıran Alan Vaddams qeyd edib ki, AB-nin ünvanına belə müraciətlər daxil olmayıb.

"Bu çox spesifik məsələdir və mənə elə gəlir ki, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT həmin məsələdə çox böyük rol oynaya bilər"-deyə A. Vaddams fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti