...

AMİP-in hər iki qanadı Ədliyyə Nazirliyinin ona müsbət cavab verəcəyini iddia edir

Siyasət Materials 15 Fevral 2006 15:23 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) hər iki qanadı Ədliyyə Nazirliyindən müsbət cavab gözləyir. Partiyanın bir qanadının sədri Əli Əliyev Trend ə açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyi onun təqdim etdiyi sənədləri obyektiv şəkildə araşdırsa və qərar çıxarsa, qarşı tərəfin - yəni, Etibar Məmmədovun liderlik etdiyi partiyanın AMİP kimi tanınma şansı olmayacaq. Əli Əliyev onu da qeyd edib ki, əgər nazirlik onun partiyasını AMİP kimi rəsmi dövlət qeydiyyatına almasa, partiyanın gələcək taleyi ilə bağlı ciddi müzakirələr aparılacaq və qərarlar veriləcək.

Etibar Məmmədovun lideri olduğu AMİP-də isə Əli Əliyevin iddiaları ciddi qəbul olunmur. Bu partiyanın funksioneri Əli Orucov bildirib ki, sənədlərin obyektiv, Nizamnaməyə uyğun araşdırılması əksinə, onların xeyrinə ola bilər. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi partiyanın müraciətinə bu həftə cavab verəcək. Əli Orucov onu da deyib ki, AMİP adına iddia etdiyi üçün Əli Əliyevi məhkəməyə vermək niyyətində deyillər və buna ehtiyac görmürlər.

Xəbər lenti

Xəbər lenti