...

Azərbaycanın müdafiə naziri ABŞ Milli Müdafiə Universitetinin "Kapstoun" qrupunu qəbul edib

Siyasət Materials 16 Fevral 2006 17:11 (UTC +04:00)

Fevralın 16-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev istefada olan general Jozef Qoarın rəhbərliyi ilə ABŞ Milli Müdafiə Universitetinin ali və yüksək rütbəli zabitlərdən ibarət "Kapstoun" qrupunu qəbul edib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir qonaqlara Azərbaycanın müstəqillik yolu, onun iqtisadi inkişafı və Avropa təhlükəsizlik strukturlarına inteqrasiyası barədə geniş məlumat verib. O, qeyd edib ki, Azərbaycanın ABŞ-la əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq strateji xarakter daşıyır.

İstefada olan general Jozef Qoar isə öz növbəsində söyləyib ki, "Kapstoun" qrupunun Azərbaycana gəlişi ABŞ-ın Azərbaycanla əməkdaşlığına böyük əhəmiyyət verir.

Daha sonra S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirib ki, Ermənistan beynəlxalq hüquq normalarını heçə sayaraq işğalçılıq siyasətini davam etdirir və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Ermənistan rəhbərliyi münaqişənin həllində destruktiv mövqe tutur, uçotsuz silah-sursat işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilir və buradan qeyri-qanuni məqsədlər üçün istifadə edilir.

Görüşün sonunda nazir qonaqların bölgədə mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ABŞ və NATO ilə əməkdaşlıq və digər məsələlər haqqında suallarını cavablandırıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rino Harniş də iştirak edib.

Xəbər lenti

Xəbər lenti