...

Liberal Partiyanın qurultayında Lalə Şövkət sədrliyə qaytarılmayacaq

Siyasət Materials 17 Fevral 2006 16:13 (UTC +04:00)

Azərbaycan Liberal Partiyasının (ALP) qarşıdan gələn qurultayında partiyanın sədri seçiləcək. Bu barədə Trend ə ALP-nin qurucusu, "Milli Birlik" Hərkatının lideri Lalə Şövkət məlumat verib. O, bildirib ki, bu qurultay məhz partiyaya sədr seçilməsi üçün çağırılır və bu posta bir neçə nəfərin namizədliyi irəli sürüləcək. Partiyanın lideri kimi Lalə Şövkət özü isə kiminsə namizədliyini irəli sürməyəcək.

Onun sözlərinə görə, namizəd vermək və sədri seçmək yalnız qurultayın işidir. Lalə Şövkət deyib ki, qurultayda sədrliyə iddialılar barəsində yalnız öz fikirlərini söyləycək.

Özünün yenidən partiya sədrliyinə qayıtmayacağını deyən Lalə Şövkət qeyd edib ki, Liberal Partiya onu lider kimi qəbul edir və ALP-nin Nizamnaməsində də liderlik institutu təsbit olunub: "Milli Birlik Hərəkatının nəzdində 35 qeyri-hökumət təşkilatı, yüzlərlə fərdi şəxs və həmçinin Liberal Partiya təmsil olunur. Mən partiyanın rəhbərliyinə qayıtmayacam, qoy bu işi artıq mənim davamçılarım icra etsinlər".

Xəbər lenti

Xəbər lenti