...

İlk 5 ulduzlu mehmanxana Gəncədə də tikilir

Siyasət Materials 18 Fevral 2006 12:39 (UTC +04:00)

Gəncənin Yeni Gəncə qəsəbəsində Olimpiya İdman Krmpleksinin qarşısında "Çıraq" Məhdud Məsuliyyətli Cəmiyyət 5 ulduzlu otel tikir. Tikintinin mühəndisi Rəşad Nağıyev Trend ə bildirib ki, otelin ümumi sahəsi 17381,5 m2-dir. Binanın tikinti ərazisi isə 2931,2 m2 sahəni əhatə edir. 10 mərtəbədən və ümumilikdə 112 otaqdan ibarət olaçaq otelin içərisində həmçinin banket zalı, estrada konsertləri üçün zal, üzgüçülük üçün hovuzun olması da planlaşdırılır. Nağıyev həmçinin, onu da əlavə edib ki, oteldə şəhər səviyyəsində təşkil olunan içlaslar, konfranslar da keçirilə bilər. Artıq burada mərtəbələrin tikintisi başa çatıb. Hörgü işləri aparılır. Cəmiyyətdən bildiriblər ki, aprel ayının ilk onluğuna qədər tikilinin başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti