...

Azərbaycanın XİN Avropa parlamentinin qətnamsi ilə bağlı dərin təəssüfünü ifadə edib

Siyasət Materials 18 Fevral 2006 14:25 (UTC +04:00)
Azərbaycanın XİN Avropa parlamentinin qətnamsi ilə bağlı dərin təəssüfünü ifadə edib

Fevralın 16-da Avropa parlamentinin erməni diasporunun radikal dairələrinin təzyiqi altında irəli sürülən və qəbul edilən "Azərbaycanda mədəni irs" adlı qətnamə böyük təəssüf hissi doğurur. Trend in verdiyi xəbərə görə, Azərbaycan XİN-nin bəyanatında bildirilir.

Məlumatda bildirilir: "Əsirlər boyu etnik müxtəlifliyi ilə seçilən Azərbaycan Respublikası bu rəng və rəngarəngliyi daim inkişaf etdirmə məramını nümayiş etdirmiş, ölkəmizin 3,5 milyona yaxın mədəni- tarixi abidə dövlət himayəsi altına götürülmüşdür. Azərbaycan bu sahədə fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlarla həmişə şəffaf və konstruktiv tərzdə əməkdaşlıq etmiş və bu istiqamətdə beynəlxalq miqyasda tanınmış müsbət nailiyyətlər əldə etmişdir. Eyni zamanda cari ilin fevralın 16-da Avropa parlamentində erməni diasporasının radikal dairələrinin təzyiqi altında irəli sürülmüş "Azərbaycanda mədəni və irsi" qətnamənin qəbul edilməsi böyük təəssüf hissi doğurur. Bu, xüsusilə də Ermənistan tərəfindən öz ərazisində və Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus mədəni-tarici abidələrin davamlı olaraq məhv etməsi fonunda qərəzli və yersiz addım kimi qiymətləndirilməlidir. Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində bütün mədəni və tarixi dəyərləri Ermənistan tərəfindən talan edildiyini tanıdığı bir dövrdə Avropa parlamenti kimi nüfuzlu bir qurumun belə bir qətnamənin qəbul edilməsi təəccüb doğurur.

Qeyd edək ki, Avropa Parlamentində müzakirələr "Ay Data" Ermənistan "Daşnaksütyun" İnqilabi Federasiyasının rəhbəri Hilda Çoboyanın təşəbbüsü əsasında aparılıb. Qətnamədə Ermənistanın ərizəsi əsasında guya Naxçıvanda 1998-ci və 2002-ci, eləcə də 2005-ci ilin dekabrında erməni abidələrinin dağıdıldığı qeyd olunur.

Xəbər lenti

Xəbər lenti