...

Məşvərət Məclisinə daxil olan partiyalar təkrar seçkilərə fərdi qaydada qatılacaq

Siyasət Materials 20 Fevral 2006 17:07 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisinə (MM) üzv olan partiylar 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə fərdi qaydada qatılacaq. Bu barədə Trend ə adıçəkilən təşkilatın sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

M.Əlizadə onu da bildirib ki, artıq məclisdə təmsil olan bəzi partiya sədrləri və üzvləri namizəd verəcəkləri seçki dairələrini müəyyənləşdiriblər: "Yeni Azərbaycan partiyası, Respublikaçılar Partiyası, Demokratik Maarifçilirk Partiyası, Sosial Rifah Partiyası, Ana Vətən Partiyası və digərlərinin namizədləri artıq dairə seçki komissiyalarına müraciət ediblər". Sədr onu da vurğulayıb ki, məclis üzvləri fərdi qaydada təkrar seçkilərə qatılsalar da, təbliğat-təşviqat məsələləri Məşvərət Məclisinin seçki qərargahı tərəfindən tənzimlənir.

MM sədri seçki qərargahına Respublikaçılar Partiyasının funksioneri Şaiq Orucovun rəhbərlik etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti