...

Kirsan İlyumjinov: Azərbaycanda bir çox perspektivli şahmatçılar vardır

Siyasət Materials 20 Fevral 2006 18:21 (UTC +04:00)
Kirsan İlyumjinov: Azərbaycanda bir çox perspektivli şahmatçılar vardır

FİDE-nin rəhbəri Kirsan İlyumjinov Azərbaycanda Rusiya İli çərçivəsində Bakıya rəsmi səfərə gəlib və ölkənin şahmat ictimaiyyəti ilə görüşlər keçirib.

Trend bildirir ki, hörmətli qonaq ilk növbədə, FİDE-də öz rəhbərliyi dövründə görülən işlər barədə danışıb və yenidən prezident seçiləcəyinə ümid etdiyini bildirib. "Bir neçə gün bundan öncə, Rusiya FİDE rəhbəri postuna mənim namizədliyimi irəli sürüb və seçkilər iyunun 2-də Turində Baş Assambleyada keçiriləcək. Amma deyə bilərəm ki, mən artıq on iki ildir bu təşkilata rəhbərlik edirəm və ötən bu vaxt ərzində biz bir çox nailiyyətlər əldə edə bilmişik" -deyə K.İlyumjinov qeyd edib.

Onun sözlərinə görə, dünya çempionatının nokaut-sistemi üzrə keçirilməsi yaxşı mənada özünü göstərib. FİDE həmçinin böyük sayda sıradan bir şahmatçılara xüsusi diqqət ayırmağa başlayıb. " Şahmat tacını qazanmış qrossmeyster bəzən bunu öz malı hesab etməyə başlayır və müxtəlif turnirlərdə iştirak üçün öz şərtlərini irəli sürməyə cəhd göstərir. Bu, bizim ən böyük problemimizdir" -deyə K.İlyumjinov qeyd edib.

O, həm də qeyd edib ki, Azərbaycanda yeni zirvələr fəth etməyə qadir olan bir çox perspektivli şahmatçılar yetişib. "Bir neçə il bundan öncə, Teymur Rəcəbov Liviyada keçirilən dünya çempionatında çox parlaq oyun nümayiş etdirərək üçüncü yeri tutdu. Şəhriyar Məmmədyarov da yüksək səviyyədə oynamağa başlayıb. Onların böyük gələcəyi vardır" -deyə FİDE prezidenti fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti