...

2006-cı ildə Gəncədə təmir işlərinə 9,3 milyard manat vəsait ayrılıb

Siyasət Materials 20 Fevral 2006 18:25 (UTC +04:00)

Gəncə şəhər Mənzil-Komunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədovun Trend ə verdiyi məlumata görə, 2006-cı ildə şəhərin ərazisinə daxil olan 19 km. yolun asfaltlanması nəzərdə tutulub. Bunun üçün 9,3 milyard manat vəsait ayrılıb. Bundan başqa Gəncənin 20 min kv metr səkisi abadlıq işləri nəticəsində təmir olunacaq.

Zahid Məmmədov bu işlərin görülməsi üçün tikinti şirkətləri arasında artıq tender elan edildiyini, 2 gündən sonra işi həyata keçirəcək şirkətin məlum olacağını deyib.

Xəbər lenti

Xəbər lenti