...

ATƏT-in Bakı ofisi siyasi partiya nümayəndələrinin iştirakı ilə seminar keçirəcək

Siyasət Materials 20 Fevral 2006 19:49 (UTC +04:00)

ATƏT-in Bakı ofisi fevralın 27-28-də "Siyasi partiyaların maliyyələşdirilməsi" və "Seçki sistemi" mövzuları üzrə seminar keçirəcək. Trend ANS-ə istinadən xəbər verir ki, iqtidar və müxalifətdən olan əsas siyasi partiyaların nümayəndələrinin dəvət olunduğu görüş dialoq xarakteri daşıyacaq.

ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi bildirib ki, görüşə Prezident Aparatının nümayəndələri də dəvət olunub. Müzakirələr parlament seçkilərinin nəticələri fonunda seçki sisteminin dəyişidirilməsinin mümkünlüyü ətrafında olacaq. "Siyasi partiyaların maliyyələşdirilməsi"ndən ibarət digər mövzu isə hökumətin ilk növbədə "Siyasi partiyalar haqqında qanun"a dəyişikliklər etmək, ikincisi isə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi prosesini tətbiq etmək istəyi ilə əlaqədardır.

M.Pavesi bildirib ki, bu, çox çətin mövzudur. Çünki bir çox Avropa ölkələrində bu problem heç vaxt həllini tapmayıb.

Xəbər lenti

Xəbər lenti