...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərlə iştirak edir

Siyasət Materials 21 Fevral 2006 14:06 (UTC +04:00)

Fevralın 20-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra hərbi tədbirlərdə iştirak edir. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində İsveçrənin Cenevrə şəhərində "Hərbi attaşelər üçün təlim" kursu fevralın 23-də, Almaniyanın Oberammerqau şəhərində "NATO Avropa təhlükəsizliyi üzrə əməkdaşlıq" və Türkiyənin paytaxtı Ankarada "Təlimin planlaşdırılması və silahlı münaqişələr hüququ" kursları isə martın 3-də başa çatacaq.

Bakı şəhərində "Mülki-hərbi əməkdaşlıq" mövzusunda öz işinə başlayan seminar isə fevralın 24-də yekunlaşacaq.

Seminar Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq keçirilir.

Fevralın 21-də Azərbaycanla Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq York şəhərində "Hərbi ingilis dili" təlim kursları keçiriləcək. Tədbir fevralın 31-də öz işinə yekun vuracaq.

Xəbər lenti

Xəbər lenti