...

İlham Əliyev Dağıstanın yeni prezidentini təbrik edib

Siyasət Materials 21 Fevral 2006 14:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Dağıstanın yeni seçilmiş prezidenti Muxu Əliyevə təbrik məktubu göndərib. Bu barədə Trend məlumat yayıb.

Məktubda bildirilir: "Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli əməkdaşlıq, mehriban qonşuluq və dostluq telləri Qafqazda sabitlik və çiçəklənmə, cülh naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək".

Məktubda M.Əliyevə möhkəm sağlamlıq, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar ifadə olunub.

Xəbər lenti

Xəbər lenti