...

Vladimir Putin Heydər Əliyevin xatirəsini hörmətlə anıb

Siyasət Materials 21 Fevral 2006 19:09 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin xatirəsini ehtiramla anıb. Trend bildirir ki, Bakıya gəldikdən dərhal sonra Rusiya dövlət başçısı Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarı üzərinə əklil qoyub.

Vladimir Putin Fəxri Xiyabanda əsgərlərin qırmızı və ağ qərənfillərdən ibarət üzərində "Rusiya Federasiyasının prezidentindən" sözləri yazılmış əklili qoyduğu memorial önündə dayanıb.

İTAR-TASS bildirir ki, bundan sonra RF prezidenti Heydər Əliyevin xanımının məzarı üzərinə ağ qızılgül dəstəsi qoyub.

Xəbər lenti

Xəbər lenti