...

Rumıniyanın iqtisadiyyat və ticarət nazirinin müavini Bakıya səfər edəcək

Siyasət Materials 22 Fevral 2006 14:09 (UTC +04:00)

Fevralın 24-25-də Rumıniyanın iqtisadiyyat və ticarət nazirinin müavini Darius Meşka Bakıya səfər edəcək. Bu barədə Trend ə Rumıniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfərdə məqsəd fevralın 24-25-dlə Bakıda GUAM-a üzv ölkələrin xarici işlər və energetika nazirlərinin müavinləri səviyyəsində keçiriləcək iclasda iştirak etməkdir. Bu görüşdə enerji təhlükəsizliyinin təmin olunması əsas müzakirə mövzusu olacaq. İclasda, həmçinin, Türkiyə,Türkmənistan, İran, İtaliya, Yunanıstan, Avstriya, Almaniya, Fransa, Böyük Britaniya, Bolqarıstan, Rumıniya və ABŞ nümayəndələrinin də iştirakı gözlənilir.

İclasda iştirakı çərçivəsində D.Meşkanın Azərbaycan hökuməti ilə ikitərəfli görüşlər keçirəcəyi və ikitərəfli əməkdaşlığın prespektivlərini müzakirə edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti