...

Reymond Konvey: Tarif şurası Azərbaycanda müstəqil tənzimləyici orqanın yaradılmasına doğru bir addımdır

Siyasət Materials 22 Fevral 2006 18:06 (UTC +04:00)
Reymond Konvey: Tarif şurası Azərbaycanda müstəqil tənzimləyici orqanın yaradılmasına doğru bir addımdır

Avropa yenidənqurma və inkişaf bankı (AYİB) Azərbaycanın Tarif (qiymət) şurasına bu orqanın strukturunun yaradılması və inkişafında texniki yardım təklif edib. Bu barədə Trend ə AYİB-in Azərbaycandakı nümayəndəsi Reymond Konvey bildirib.

Onun sözlərinə görə, respublikada Tarif şurasının yaradılması iqtisadiyyatın müxtəlif sahələrində müstəqil tənzimləyici orqanın yaxud bir neçə orqanın yaradılmasına doğru bir addımdır. "Şuranın gələcək strukturu hökumətin bu sistemi strukturlaşdırma qərarından asılı olacaq" -deyə o qeyd edib.

R.Konveyin sözlərinə görə, bank istərdi ki, Azərbaycan bu istiqamətdə işi davam etdirsin və gələcəkdə ölkə iqtisadiyyatında tənzimləyicilərlə bağlı məsələni həll etsin.

Xəbər lenti

Xəbər lenti