...

Mehrab Tükanov: "GUAM ölkələri İşçi Qrupunun Gürcüstanda keçirilmiş növbəti görüşü Azərbaycanda da terrorizmə və digər təhlükəli məsələlərə qarşı mübarizənin gücləndirilməsinə təkandır"

Siyasət Materials 23 Fevral 2006 18:09 (UTC +04:00)

Fevralın 22-də GUAM ölkələri İşçi Qrupunun Gürcüstanda keçirilmiş növbəti görüşü Azərbaycanda da terrorizmə və digər təhlükəli məsələlərə qarşı mübarizənin gücləndirilməsinə təkandır. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Mehrab Tükanov məlumat verib.

M.Tükanovun sözlərinə görə, tədbirdə iştirak etmiş daxili işlər nazirinin birinci müavini, GUAM ölkələri işçi qrupunun sədri Vilayət Eyvazov da çıxışını məhz bu sahədəki mübarizə ətrafında qurub.

"Vilayət müəllim terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və digər məsələlərə qarşı mübarizədən, bu sahədə GUAM ölkələri arasındakı informasiya mübadiləsi və onun müsbət nəticələri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirin sonunda isə GUAM ölkələri arasında sadalanan cinayətlərə qarşı mübarizənin möhkəmləndirilməsi məqsədilə bir sıra sənədlər imzalanıb" - deyə M.Tükanov söyləyib.

Xəbər lenti

Xəbər lenti