...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 27 Fevral 2006 13:54 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə, fevralın 20-24-də Azərbaycanın atumi və Supsa limanları vasitəsilə satdığı AZERI LT (CIF) növündən olan neftin orta qiyməti bir barel üçün $61,31 təşkil edib ki. Bu da fevralın 13-17-dəki orta qiymətdən çoxdur.

Trend in verdiyi xəbərə görə, fevralın 20-24-də bir barel AZERI LT nreftinin qiyməti bir barel üçün $62,86 (fevralın 24-də) təşkil edib ki, bu da fevralın 13-də həmin sort üçün müəyyən edilmiş fevralın 13-17-dəki ən son qiymətdən $2,77 çoxdur. Ötən həftə AZERI LT neftinin bir barelinin minimal qiyməti $60,60 (22 fevral) təşkil edib ki, bu da fevralın 13-17-də həmin sort üçün fevralın 16-da müəyyən edilən minimal qiymətdən $2,69 çoxdur.

Fevralın 20-24 həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) neftinin orta qiyməti bir barel üçün $54,78 təşkil edib ki, bu 13-17 fevral həftəsindəki orta qiymətdən $1,93 yüksəkdir.

Trend in məlumatına görə, fevralın 20-24-ü həftəsində bir barel URAL neftinin maksimal qiyməti bir barel üçün $56,17 (24 fevral) təşkil edib ki, bu da həmin sort üçün 13-17 fevral həftəsində fevralın 17-də müəyyən edilmiş son hədd qiymətdən $2,95 yüksəkdir. URAL neftinin 20-24 fevral həftəsində minimal qiyməti bir barel üçün $54,16 (22 fevral) təşkil edib ki, bu da həmin sort üçün fevralın 13-17-dəki minimal qiymətdən $1,97 yüksəkdir.

20-24 fevral həftəsində Brent (DTD) neftinin etalon sortunun orta qiyməti $$59,39 təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $$1,65 çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti $$60,29 (24 fevral) təşkil edib ki, bu da bundan əvvəlki həftədə bu sortüçün müəyyən edilən son hədd qiymətdən $1,30 çoxdur. Ötən həftə Brent neftinin bir barelinin minimal qiyməti $58,73/barr. (22 fevral) təşkil edib ki, bu da bundan qabaqkı həftə bu sort üçün fevralın 13-də müəyyən edilmiş qiymətdən $2,88 çoxdur.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

Mart ayında ARDNŞ Novorossiysk limanından həcmi 85 min ton olan bir tanker neft partiyası satmağı planlaşdırır. Neft satışı üzrə tenderi gələn həftə elan edəcəyi ehtimal edilir. Tankerin Novorossiysk terminalından 2 N-li körpüdən yüklənəcəyi gözlənilir.

2005-ci ildə ARDNŞ Novorossiysk limanından 2004-cü ildə 2,559 mln tona qarşı 1,631 mln. ton neft satıb. 2005-ci ilin dekabrında Novorossiyskdən neft satışı bir ay əvvəlki 167,2 min tona və 2004-cü ildəki 166,3 min tona qarşı 86,5 min ton təşkil edib. 2005-ci ildə bütün şirkətlər arasında Glencore Novrossiysk limanından ARDNŞ-dən daha çox neft - 557 min ton alıb. İkinci yeri 464 min tonla LUKOIL tutur. Bu ilin yanvarında Novorossiyskdən neft yüklənməyib.

Xəbər lenti

Xəbər lenti