...

Əli Həsənov: "Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi praktikası tətbiq oluna bilər"

Siyasət Materials 27 Fevral 2006 16:17 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar şəffaflığı təmin etmək üçün maliyyə mənbələri barədə açıq informasiya verməlidir. Trend ANS-ə istinadən xəbər verir ki, bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, Avropa Şurası prinsiplərinə görə siyasi partiyaların maliyyələşdirilməsi tam şəffaf olmalıdır: "Siyasi partiyalar daxildən müxtəlif mənbələrdən maliyyələşdirilə bilər. O, cümlədən dövlət büdcəsindən, öz üzvlərinin ianəsi hesabına, cəmiyyətin inkişafına maraqlı olan qüvvələr, iş adamları və başqa təbəqələr tərəfindən maliyyələşdirilə bilər".

Ancaq bütün bunların şəffaf olmasını deyən Ə.Həsənov gələcəkdə siyasi partityaların dövlət tərəfindən maliyyələşdirilməsi praktikasının tətbiq oluna biləcəyini vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə fevralın 27-də keçirilən seminarda siyasi partiya rəhbərləri ilə yanaşı Prezident Aparatının rəsmiləri də iştirak ediblər. Seminar fevralın 28-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti