...

Azərbaycan prezidenti Bakı qəsəbələrinin inkişafı proqramını təsdiq edib

Siyasət Materials 27 Fevral 2006 20:55 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 27-də Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramını təsdiq edib. Trend bildirir ki, imzalanmış sərəncamda Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etməsi və proqramın icrasının gedişi barədə mütəmadi olaraq dövlət başçısına məlumat verməsi tapşırılıb.

Sərəncamda qeyd olunur ki, prezidentin 2004-cü il 11 fevral tarixli 24 saylı Fərmanı ilə təsdiq olunmuş "2004-2008-ci illərdə AR regionlarının sosial-iqtisadi inikşafı Dövlət Proqramı" məqsədyönlü şəkildə həyata keçirilir. Eyni zamanda qeyd olunur ki, paytaxtın ətrafında yerləşən qəsəbələr Bakının sürətli və dinamik inkişafından müəyyən qədər kənarda qalıb. Sərəncamda qeyd olunur ki, bu proqram həmin qəsəbələrin sosial-iqtisadi inkişafının təmin edilməsi, əhalinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərin həlli məqsədilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti