...

Azərbaycan prezidenti Dövlət şəhərsalma və arxitektura Komitəsinin yaradılması barədə sərəncam imzalayıb

Siyasət Materials 28 Fevral 2006 19:22 (UTC +04:00)
Azərbaycan prezidenti Dövlət şəhərsalma və arxitektura Komitəsinin yaradılması barədə sərəncam imzalayıb

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev Dövlət şəhərsalma və arxitektura Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət tikinti və arxitektura Komitəsi ləğv edilir və onun əsasında Dövlət şəhərsalma və arxitektura Komitəsi yaradılır.

Ləğv edilmiş komitənin tikinti sahəsindəki funksiyaları, eləcə də "Azərdövlətsənayelayihə" dövlət layihə institutu və təsisdənkənar dövlət ekspertiza Baş idarəsi (Dövlətbaşekspertiza) fövqəladə hallar Nazirliyinə verilir.

Nazirlər Kabinetinə bir ay müddətində yeni yaradılmış dövlət komitəsinin əsasnaməsi, strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməsi tapşırılıb. Bundan başqa, normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflər hazırlanaraq prezidentə təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti