Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 28-də fövqəladə hallar nazirliyinin (FHN) fəaliyyətinin təşkil edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Təcili Xilasetmə Xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədilə "112" qaynar telefon xətti təşkil edilir.Fövqəladə halların yaranma ehtimalı böyük olduqda yaxud baş verdikdə təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qala bilən strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsini təşkil etmək məqsədilə FHN-in hərbiləşdirilmiş xüsusi mühafizə xidməti yaradılır.
"Xəzər ixtisaslaşdırılmış Hövzə qəza-xilasetmə" ASC-nin balansında olan gəmi yanalma körpüləri və gəmilər FHN-in tabeliyinə verilir.
Nazirlər Kabinetinə nazirliyə veriləcək ASC gəmilərinin siyahısının təsdiq edilməsi tapşırılıb.