...

Rino Harniş: "Bu il Azərbaycanda və Ermənistanda seçki keçirilməməsi münaqişənin həlli üçün imkanlar açır"

Siyasət Materials 1 Mart 2006 12:28 (UTC +04:00)
Rino Harniş: "Bu il Azərbaycanda və Ermənistanda seçki keçirilməməsi münaqişənin həlli üçün imkanlar açır"

"Stiven Mənnin fikirlərinin mənası tamamilə aydındır, yəni, 2006-cı ildə Azərbaycanda və Ermənistanda seçki keçirilmir. Bu şərait tərəflərin qarşısında çox çətin məsələlərin həlli üçün imkanlar açır". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn 2006-cı ildə Qarabağ münaqişəsinin həll edilməyəcəyi təqdirdə Ermənistan və Azərbaycan dövlətlərini faciə gözlədiyini deyib.

Bu fikirlərə aydınlıq gətirərkən ABŞ səfiri deyib ki, münaqişənin həllində heç bir nəticə əldə edilməsə, bir neçə həll variantı mümkündür ki, bunlardan biri də müharibədir. Lakin Rino Harniş qeyd edib ki, müharibə Qafqaz bölgəsi üçün faciələrə yol açacaq: "Mən hansı faciələrin baş verə biləcəyi barədə bir neçə dəfə danışmışam. Məcburi köçkünlərin nə qədər çətin bir həyat sürdüynü yada salmaq lazımdır. Ona görə də biz hər iki tərəfin siyasətçilərini bu vəziyyətdən bir çıxış yolu tapmağa çağırırıq",- deyə ABŞ səfiri vurğulayıb.

Səfir siyasi partiyaların maliyyələşməsi məsələsinə dair ATƏT-in Bakı ofisinin təşkil etdiyi seminara münasibət bildirərkən deyib ki, Azərbaycanda siyasi partiyaların inkişafına təkan vermək üçün o qədər də böyük vəsait tələb olunmur. Onun fikrincə, ən vacib məqamlardan biri vətəndaşların, siyasi qüvvələrin sərbəst toplaşmaq hüququnun təmin olunmasıdır.

Xəbər lenti

Xəbər lenti