...

Milli Məclisin növbəti iclasında bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə dinlənilib

Siyasət Materials 7 Mart 2006 13:32 (UTC +04:00)

Milli Məclisin martın 7-də keçirilən növbəti iclasın gündəliyinə üç qanun layihəsinin müzakirəsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi salınıb. Trend xəbər verir ki, spiker Oqtay Əsədov 8 mart beynəlxalq qadınlar günü münasibətilə qadın millət vəkillərini təbrik etdikdən və millət vəkilləri cari məsələlər barədə danışdıqdan sonra, gündəlikdə olan məsələlərinin müzakirəsinə başlanılıb.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə ədliyyə nazirinin müavini Vilayət Zahidov çıxış edib. V.Zahidov nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi prosesində əldə edilən müsbət və mənfi göstərixcilərdən danışıb.

Regional məsələlər daimi komissiyasının sədri , millət vəkili Arif Rəhimzadə illik məruzə haqqında müsbət və mənfi fikirlərini bildirərək məruzəni qənaətbəxş hesab edib. A.Rəhimzadə bələdiyyələr tərəfindən qanunsuz torpaq satışı ilə bağlı iradlarını bildirib. Çıxış edən digər millət vəkilləri daha çox bələdiyyələrin fəaliyyətindən narazı qaldıqlarını ifadə ediblər. Ümumilikdə isə məruzə müsbət qarşılanıb.

Gündəlikdə duran ikinci məsələ - "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti