...

Azərbaycanın və Almanyianın Müdafiə Nazirlikləri hərbi əməkdaşlıq barədə razılaşma imzalayıb

Siyasət Materials 10 Mart 2006 12:26 (UTC +04:00)

Bakıda Azərbaycanın Müdafiə Nazirliyi ilə Almaniyanın Federal Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq barədə razılaşma imzalanıb. Bu barədə Trend ə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Razılaşma Bakıda hər iki ölkənin Müdafiə Nazirliklərinin nümayəndələri arasında keçirilən qərargah danışıqları başa çatdıqlan sonra imzalanıb.

Danışıqlarda Cənubi Qafqaz regionundakı mövcud hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri, Azərbaycanla NATO arasında münasibətlər müzakirə olunub. Eləcə də beynəlxalq sülhyaratma missiyalarının qarşılıqlı fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin, 2006-cı ildə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Razılaşma müdafiə və təhlükəsizlik siyasətini, hərbi təhsil, hərbi təhlükəsizlik məsələlərini, hərbi tarix, hərbi qanunvericilik, informasiya mübadiləsi və digər məsələləri nəzərdə tutur. Sənəd həmçinin, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Razılaşmanı Azərbaycan tərəfdən general-leytenant Çingiz Məmmədov, Almaniya tərəfdən isə briqada generalı Karl Myullner imzalayıb.

Xəbər lenti

Xəbər lenti