...

Salyanın daha iki sakini Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib

Siyasət Materials 10 Mart 2006 16:36 (UTC +04:00)

Trend in bölgə müxbirinın verdiyi məlumata görə, Salyan rayonunun Sarvan kəndində yaşayan 1971-ci il təvəllüdlü çoban Muxtarov Ziyafət Bəylər oğlu və həmin kəndin 9 yaşlı sakini İsmaylov Əmrah Abdul oğlu yüksək hərarət və ciyər çatışmazlığı ilə rayon xəstəxanasına müraciət edib. İlkin tibbi yardımdan sonra, Səhiyyə nazirliyinin göstərişinə əsasən, hər iki xəstə Bakıdakı Ağciyər Xəstəlikləri İnstitutuna göndəriilib.

Dünən rayon xəstəxanasına gətirilmiş 9 yaşlı Sarvan kənd sakini Əliabbas Talııb oğlu Qasımovda isə ciddi xəstəlik aşkarlanmadığı üçün və səhhəti normalllaşdığından evə buraxılıb.

Xəbər lenti

Xəbər lenti