...

Azərbaycanın xarici işlər naziri Ciddəyə yola düşüb

Siyasət Materials 14 Mart 2006 12:00 (UTC +04:00)

Martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov işgüzar səfərlə Səudiyyə Ərəbistanına yola düşüb. Bu barədə Trend ə XİN-dən məlumat verilib.

Səudiyyə Ərəbistanına səfər zamanı E.Məmmədyarov Türkiyə, Yəmən və Azərbaycan XİN başçılarının Ciddədə keçiriləcək görüşündə iştirak edəcək. Nazirlər İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin XİN başçılarının iyunda Bakıda keçiriləcək iclasına hazırlıqla bağlı məsələləri müzakirə edəcək.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, E.Məmmədyarov işgüzar səfərlə Ciddədən Bruney və Malayziyaya yola düşəcək. Hazırda səfər proqramı dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti