...

Əvəz Ələkbərov: "Barmek"də investisiüyalar adsız ünvanlara köçürülüb

Siyasət Materials 14 Mart 2006 13:23 (UTC +04:00)
Əvəz Ələkbərov: "Barmek"də investisiüyalar adsız ünvanlara köçürülüb

"Barmek-Azərbaycan" müştərək müəssisəsinin fəaliyyəti ilə bağlı apardığımız araşdırmaların nəticələrini dövlətin müvafiq orqanlarına təqdim etmişik. Trend xəbər verir ki, bü barədə jurnalistlərə Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərov bildirib.

Nazir onu da qeyd edib ki, adıçəkilən şirkətdə rəqəmlərin şişirdilməsi, hesabatın düzgün aparılmaması, əlavə vəsaitin sərf olunması ilə bağlı prokurorluq tərəfindən aparılan araşdırmalar yekunlaşmaq üzrədir.

İqtisadi baxımdan "Barmek"in fəaliyyətində çoxlu problemlərin olduğunu deyən maliyyə naziri, bu sahəyə qoyulan investisiyaların adsız ünvanlara səmərəsiz şəkildə köçrüldüyünü bildirib.

Xəbər lenti

Xəbər lenti