Erməni müğənnisi Andrenin "Datlıq Qarabağ Respublikası" kimi göstərilən anadan olduğu yer barədə bütün məlumatlar "Evrovijn" mahnı müsabiqəsinin saytından götürülüb. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət və turizm nazirinin müsabiqənin təşkilatçılarına saytlarındakı səhvləri düzəltmək barədə müraciətindən sonra müsabiqənin təşkilat komitəsi Azərbaycan tərəfinin dəlillərini ədalətli hesab edərək belə bir qərar qəbul edib və bu məsələyə son qoyub.
Nazir həmçinin qeyd edib ki, Andre bu müsabiqədə Ermənistanı təmsil edəcək. Dağlıq Qarabağın adı isə saytdan tamamilə götürülüb.
Xatırladaq ki, bu günlərdə "Evrovijn" müsabiqəsinin saytında Andre barədə onun qondarma "Dağlıq Qarabağ Respublikası"nda anadan olduğu barədə avtobioqrafik material yerləşdirilmişdi.
Bununla əlaqədar, Azərbaycan tərəfi müsabiqənin təşkilatçılarından ədalətsizliyə son qoymağı və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu üçün Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb edib.