...

Hüseyn Bağırov: Quşlar arasında ölüm halları azalır

Siyasət Materials 14 Mart 2006 15:10 (UTC +04:00)
Hüseyn Bağırov: Quşlar arasında ölüm halları azalır

Trend-i buradan izləyin

Yanvarın ortalarında Rusiyada şaxtalar düşəndən və Xəzər dənizinin şimal sahilləri buz bağlayandan sonra Azərbaycana xəstə quşlar köç edib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Nazir qeyd edib ki, bundan əvvəl Azərbaycanda qışlama yerlərində quşlar arasında ölüm halları müşahidə olunmayıb. Hazırda quşlar arasında ölüm hallarının azaldığını deyən H.Bağırov bunu Azərbaycanda iqlim şəraitinin yumşalması ilə izah edib: "Quşların çoxu Rusiya və Qazaxıstana geri dönürlər". H.Bağırov daha sonra bu prosesdə digər bir məqamı açıqlayıb: "Elə quşlar var ki, cənubi Afrikada qışlayıblar və onlar yalnız yayı Azərbaycanda keçirirlər. Belə quşların ölkəyə gəlməsi gözlənilir. Ancaq məlumatlar var ki, Nigeriya və digər Afrika ölkələrində həmin quşlar arasında xəstəliklər mövcuddur".

Nazir heç bir yerə getməyən quşlar (sərçə və qarğalar) arasında da ölüm hallarının az da olsa müşahidə olunduğunu söyləyib. Bunun üçün proflaktik tədbirlərin gücləndirilməsinin zəruriliyini vurğulayan nazir bu istiqamətdə iş aparıldığını bildirib. Onun sözlərinə görə, bu vaxtadək 15 minədək quş məhv edilib: "Quşlar daha çox Xızı rayonunun sahil əraziləri, Abşeron yarımadası və Dəvəçi-Xaçmaz ərazilərində məhv edilib".

Xəbər lenti

Xəbər lenti