...

Sərdar Cəlaloğlu: "Azadlıq" bloku parlamentdə təmsil olunan partiyalarla əməkdaşlıq etməyəcək

Siyasət Materials 15 Mart 2006 14:07 (UTC +04:00)

"Azadlıq" blokunun parlamentdə təmsil olunan siyasi partiyalarla əməkdaşlığı və bir blokda fəaliyyət göstərməsi mümkün deyil. Bu fikirləri Trend ə açıqlamasında "Azadlıq" siyasi blokunun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

O qeyd edib ki, "Azadlıq" blokunun hər bir siyasi partiyaya münasibəti individual olacaq. S.Cəlaloğlunun sözlərinə görə, bu blok yalnız ümummilli məsələlərdə bütün siyasi qüvvələrlə bir araya gələ bilər. Amma siyasi yönümlü müttəfiqlik isə istisnadır.

ADP funksioneri onu da deyib ki, "Azadlıq" blokunun tərkibinin genişlənməsi də gözlənilmir. Çünki blok liderləri hesab edir ki, onlarla bir qurumda təmsil oluna biləcək qüvvələr yoxdur. "Əgər cəmiyyətdə siyasi mənşəyinə,mövqelərinə görə bizə yaxın olan, fikirlərimizi, mübarizəmizi bölüşən partiyalar yaranarsa, biz onları qəbul edə bilərik. İndiki halda isə belə bir partiya yoxdur",- deyə S.Cəlaloğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti