...

İlham Əliyev Latviya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 17 Mart 2006 17:21 (UTC +04:00)

Martın 17-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Prezident sarayında Latviyanın cəmiyyətin inteqrasiyası məsələləri ilə bağlı xüsusi tapşırıqldar üzrə naziri Aynars Latkovskisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Dünya Azərbaycanlılarının II Qurultayında Latviya nümayəndə heyətinin geniş tərkibdə iştirak etməsindən razı qaldığını ifadə edib. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib.

O, Latviya prezidentinin Azərbaycana səfərini və bu səfər çərçivəsində biznes-forumun keçirildiyini məmnuniyyətlə xatırlayıb. Dövlət başçısı iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Aynars Latkovskis dövlətimizin başçısına Dünya Azərbaycanlıların II qurultayına dəvətə görə təşəkkürünü bildirib. Qonaq Latviyada yaşayan azərbaycanlıların ölkənin ictimai, siyasi və iqtisadi həyatında fəal iştirak etdiklərini qeyd edib. O, ölkələrimiz arasında əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti