...

Səidə Bağırova: "DB-nin Azərbaycanda "quş qripi" ilə mübarizə üzrə layihəsi apreldə hazır ola bilər"

Siyasət Materials 17 Mart 2006 17:29 (UTC +04:00)
Səidə Bağırova: "DB-nin Azərbaycanda "quş qripi" ilə mübarizə üzrə layihəsi apreldə hazır ola bilər"

Dünya Bankının Direktorlar Şurası 10 gün ərzində bankın "Azərbaycanın institusional quruculuğuna texniki yardım" (İVTA-2) ikinci layihəsi çərçivəsində kreditin restrukturlaşdırılması haqqında memoranduma baxacaq. Bu barədə Trend ə bankın Bakı nümayəndəliyinin rəhbəri vəzifələrinin icraçısı Səidə Bağırova məlumat verib.

3,560 mln SDR məbləğində istifadə olunmamış kredit vəsaitləri ($5,130 mln-$5,140 mln) "quş qripi" ilə mübarizə üzrə tədbirlərə yönəldiləcək. Bu, fövqəladə hallar üzrə layihələr seriyasından olduğundan kifayət qədər tez hazırlanıb.

Memorandumla bağlı heç bir qeydin olmadığı təqdirdə quş qripi ilə mübarizə üzrə layihənin təsdiqlənməsi tələb olunmayacaq. Kredit vəsaitləri əsasən dövlət baytarlıq xidmətinin texniki bazasının möhkəmləndirilməsi üçün nəzərdə tutulub və vəsaitin 75%-i avadanlığın alınmasına sərf olunacaq. Layihə çərçivəsində texniki yardım göstəriləcək və kommunikasiya strategiyası hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti