...

İqbal Ağazadə: Partiyaların Siyasi Əlaqələndirmə Mərkəzinin yaradılması ilə bağlı martın 27-də saziş imzalanacaq

Siyasət Materials 23 Mart 2006 13:32 (UTC +04:00)

Partiyaların Siyasi Əlaqələndirmə Mərkəzinin (PSƏM) yaradılması ilə bağlı danışıqların yekun mərhələsi martın 23-də saat 14.00-da yekunlaşacaq. Bu barədə Trend ə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

İ.Ağazadə qeyd edib ki, martın 27-də PSƏM-in yaradılması ilə bağlı partiyalar arasında sazişin imzalanma mərasimi keçiriləcək. Millət vəkili onu da vurğulayıb ki, bu istiqamətdə 7 partiya rəhbəri arasında ilkin razılaşma əldə olunub. Hələlik bu partiya rəhbərlərinin adlarının açıqlanmasını zəruri hesab etməyən İ.Ağazadə bir neçə prinsip üzərində birlikdə fəaliyyət göstərəcəklərini qeyd edib. Bu sıraya Azərbaycanın ərzi bütövlüyünün qorunması, vətəndaş cəmiyyətinin qurulması, xarici ölkələrdə yaşayan soydaşlarımız arasında diaspor işinin gücləndirməsi və s. prinsiplərin daxildir.

Millət vəkili onu da bildirib ki, Ümid Partiyası istisna olmaqla mərkəzdə birgə fəaliyyət göstərəcək partiyaların heç biri parlamentdə təmsil olunmur.

Xəbər lenti

Xəbər lenti