...

İqbal Ağazadə: "31 Mart azərbaycanlıların soyqrımı günü ilə bağlı parlamentdə müzakirələr aparılmalıdır"

Siyasət Materials 24 Mart 2006 15:45 (UTC +04:00)

31 mart azərbaycanlıların soyqrım günü ilə bağlı Milli Məclisdə müzakirələr aparılmalıdır. Trend xəbər verir ki, bu barədə parlamentin martın 24-də keçirilən iclasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

İ.Ağazadə onu da qeyd edib ki, Azərbaycanın Milli Məclisi Xocalı soyqrımı ilə bağlı sənəd qəbul etməli və onu dünya parlamentlərinə ünvanlamalıdır: "Belə bir sənədin qəbul olunmaması bir çox dövlətlərdə Xocalı soyqırımına fərqli yanaşmalarla müşahidə olunmasına imkan yaradıb". Millət vəkili 2002-ci il fevralın 26-da Türkiyənin Böyük Millət Məclisində Xocalı soyqırımının müzakirəsi zamanı türkiyəli millət vəkillərinin sorğusunu xatırladıb: "Onlar soruşdular ki, Azərbaycan parlamentindən Xocalı faciəsi ilə bağlı dünya dövlətlərinə və beynəlxalq məhkəmələrə sənəd göndərilibmi ki, biz bunu soyqırım kimi tanıyaq".

Millət vəkili onu da vurğulayıb ki, Xocalı soyqırımı ilə bağlı parlament daxilində işçi qrupu yaradılsın və parlamentin növbəti iclasında 31 mart azərbaycanlıların soyqrımı günü ilə bağlı müzakirələr aparılsın.

Xəbər lenti

Xəbər lenti