...

Azərbaycan XİN başçısının müavini Vaşinqtonda təhlükəsizlik üzrə dialoqun inkişafı məsələlərini müzakirə edəcək

Siyasət Materials 25 Mart 2006 11:24 (UTC +04:00)

Azərbaycan XİN başçısının müavini Araz Əzimovun martın 29-da Vaşinqtona səfəri çərçivəsində ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqun inkişafı məsələlərinə dair danışıqlar aparılacaq. Bu barədə Trend ə Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Tahir Kərimov bildirib.

Diplomatın sözlərinə görə, belə danışıqlar hər il aparılır və qarşıdakı səfər çərçivəsində Azərbaycan XİN başçısının müavini Pentaqon, Dövlət departamenti və ABŞ milli təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşəcək.

A.Əzimovun Vaşinqtona martın 28-də getməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti