...

İlham Əliyev: Azərbaycan öz daxili işlərinə müdaxiləyə imkan verməyəcək

Siyasət Materials 27 Mart 2006 15:15 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycanın hər ilki inkişafı, ölkənin təbii sərvətlərlə zənginliyi və mövqelərinin möhkəmləndirilməsi onun düşmənlərinin fəallaşmasına gətirib çıxarır. "Biz onları tanıyırıq və onlarla mübarizə aparırıq"-deyə martın 27-də Azərbaycan prezidenti İlham Əliyev Milli təhlükəsizlik Nazirliyinin Akademiyasında keçirilən tədbirdə bəyan edib.

Onun sözlərinə görə, gələcəkdə dünyada və regionda Azərbaycanın rolu daha da artacaq və bu, düşmənlərin çoxalmasına, eləcə də ölkəyə olan təzyiqin güclənməsinə gətirib çıxaracaq. "Biz Azərbaycanın daxili işlərinə müdaxiləyə imkan verməyəcəyik"-deyə prezident qeyd edib.

Onun sözlərinə görə, respublika digər dövlətlərin daxili işlərinə müdaxilə etmir. Prezident qeyd edib ki, buna görə də Azərbaycan kiminsə göstərişlər və təlimatlar verməsini, öz şərtlərini qəbul etdirməsini istəmir.

Hazırda regionda müxtəlif proseslər baş verir və Azərbaycan bunlara diqqətlə yanaşır. İ.Əliyevin sözlərinə görə, Azərbaycan xüsusilə beynəlxalq antiterror koalisiyasının iştirakçısıdır. Bundan başqa, respublika özü Ermənistanın terror əməliyyatlarına məruz qalıb. Prezident deyib ki, terror aktları nəticəsində 2 mindən çox insan həlak olub.

Xəbər lenti

Xəbər lenti