...

MSK sədri Macarıstanda parlament seçkilərini müşahidə etmək üçün Budapeştə gedəcək

Siyasət Materials 28 Mart 2006 17:58 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7-10 aprel 2006-cı il tarixdə Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının (MŞASRA) baş katibi Zoltan Totun dəvəti ilə Macarıstanda səfərdə olacaq. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Səfərin məqsədi 9 apreldə bu ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək, o cümlədən MŞASRA rəhbərliyi ilə görüşərək MSK ilə bu qurum arasındakı gələcək əməkdaşlığın perspektivləri barədə müzakirə aparmaqdır.

Qeyd edək ki, əsası Budapeştdə qoyulmuş MŞASRA-nın əsas qayəsi demokratik proses və proseduraların təkmilləşdirilməsi, seçki təsisatlarının ixtisaslaşmasına yardım göstərməkdir. Hazırda təşkilata 21 ölkənin seçki qurumları daxildir. Azərbaycanın Mərkəzi Seçki Komissiyası da 2001-ci ildən bu təşkilatın üzvüdür və onunla sıx əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti