...

Rauf Rzayev: Kapitalbank Hindistanın I-flex şirkəti ilə müqavilə bağlayıb

Siyasət Materials 28 Mart 2006 19:12 (UTC +04:00)
Rauf Rzayev: Kapitalbank Hindistanın I-flex şirkəti ilə müqavilə bağlayıb

Kapitalbank Hindistanın I-flex şirkəti ilə bank proqramının hazırlanması haqqında müqavilə bağlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə martın 28-də keçirilmiş brifinqdə bankın idarə heyətinin sədri Rauf Rzayev məlumat verib. Tender Hindistanın Infosys Technology şirkəti ilə müqavilənin ləğv edilməsindən sonra Dünya Bankı tərəfindən elan olunub. Müqavilənin dəyəri $1,350 mln təşkil edir ki, bu vəsait də mərkəzi hissə və 12 modulun alınmasına yönəldiləcək.

Razılaşmaya əsasən, şirkət bir il ərzində ödənişsiz dəstəyə zəmanət verir, növbəti 4 ildə isə ödənişlər qiymətlərin artmasından asılı olaraq müəyyən ediləcək.

R.Rzayevin sözlərinə görə, bankın baş ofisi və 1-2 filialı oktyabrda, digər fililallar isə daha sonra bu sistemə qoşulacaq. Tender DB-nin "Azərbaycanın maliyyə sektoruna texniki yardım" (FSTA) kredit layihəsi çərçivəsində keçirilib. Bu layihə çərçivəsində Kapitalbankın texniki təchizatı üçün 800 min SDR ($1,2 mln) ayrılıb.

Eyni zamanda Kapitalbank HP ilə bank aparatının təmin olunması haqqında müqavilə bağlayıb. Müqavilə üzrə bank üçün Best Comp avadanlığı, mərkəzi maşınlar, proqram təminatı, kommunikasiya və şəbəkə avadanlıqları tədarük olunacaq. Müqavilə $1,4 mln dəyərində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti