...

Gələn həftə Siyasi Əlaqələndirmə Mərkəzinin işçi qrupu yaradılacaq

Siyasət Materials 30 Mart 2006 11:40 (UTC +04:00)

Hər həftənin ikinci günü Siyasi Əlaqələndirmə Mərkəzinin Sədrdər Şurasının iclası keçiriləcək. Bu barədə Trend ə yeni yaradılmış müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin həmtəsisçisi, Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat verib.

O, bildirib ki, Siyasi Əlaqələndirmə Mərkəzinin ali orqanı Sədrlər Şurası olacaq. Burada qurumu təsis edən patiyaların sədrləri təmsil olunacaqlar. Siyasi Əlaqələndirmə Mərkəzinin gələn həftə keçiriləcək iclasından sonra Sədrlər Şurası toplanacaq. Həmin iclasda işçi qrupu yaradılacaq. İşçi qrupu hansı sahədə işlər görülməsini müəyyənləşdirəcək, qərarların hansı əsaslarla qəbul olunması və digər məsələlərlə bağlı partiya sədrlərinə öz təkliflərini verəcək.

Siyasi Əlaqələndirmə Mərkəzində digər strukturların da yaradılması məsələsi işçi qrupunun təkliflərindən və görüləcək işlərin, qarşıya qoyulan planların miqyasından asılı olacaq. Həftədə bir dəfə blokun Sədrlər Şurasının toplanması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti