...

YAP Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tədbir keçirib

Siyasət Materials 30 Mart 2006 13:28 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə martın 30-da Avropa otelində 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı və "Qərbi Azərbaycanda abidələr" kitabının təqdimatı mərasimi keçirilib. Trend xəbər verir ki, toplantıda hakim partiyanın rəhbərləri ilə yanaşı, bir sıra dövlət və hökumət nümayəndələri, siyasi partiya sədrləri də iştirak edib.

Toplantını YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov açaraq ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən bəhs edib. YAP rəsmisi bildirib ki, bu cinayətlərin açılmasında mərhum prezident Heydər Əliyevin imzaladığı müvafiq sərəncamlar böyük rol oynayıb. Baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitsəinin sədri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, parlamentin mədəniyyət daimi komissiyasının sədri Nizami Cəfərov və başqaları çıxışlarında ermənilərin tarixən Azərbaycan torpaqlarına və azərbaycanlılara qarşı törətdiyi soyqırımların acı nəticələrindən söz açıblar.

Tədbirin sonunda "Qərbi Azərbaycanda abidələr" kitabının müəllifi Əziz Ələkbərli çıxış edib. Sonra toplantı iştirakçıları adından dünya azərbaycanlılarına müraciət ünvanlanıb. Müraciətdə azərbaycanlılara qarşı törədilən soyqırımların dünya ictimaiyyətinə çatdırılması və günahkarların cəzalandırılması istiqamətində birgə fəaliyyətin zəruriliyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti