...

İlham Əliyev Azərbaycan İnvestisiya Şirkəti yaradıb

Siyasət Materials 30 Mart 2006 19:46 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "İnvestisiya fəaliyyətinin təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 30 mart tarixli sərəncamı ilə "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Şirkət) yaradılır.

Sənədə əsasən, şirkətin ilkin nizamnamə kapitalı Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına foromalaşdırılır. Şirkətin investisiya fəaliyyəti əsasən qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətləri və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsinə yönəldilib.

Şirkətin səhmləri tam həcmdə dövlətə məxsus olan müddətdə onun ali idarəetmə orqanının səlahiyyətləri (Şirkətin ləğv edilməsi və yenidən təşkil olunması istisna edilməklə) onun Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Heydər Babayev, onun müavini Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov, şirkətin Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası maliyyə nazirinin 1-ci müavini İlqar Fətizadə, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov, Azərbaycan Respublikası Milli Bankının baş direktoru Şahmar Mövsümov təyin edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti