Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti aksiyası mayın 8-də Sankt-Peterburqda keçiriləcək. Bu barədə Trend ə DAK mətbuat xidmətinin rəhbəri Əli Nicat bildirib.
Qeyd edək ki, DAK "Dünya azərbaycanlıları soyqırıma və terrora yox deyir" şüarı altında keçirdiyi aksiyaların ikinci mərhələsinə mayın 5-də Şəhidlər Xiyabanından başlayacaq.
DAK mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Sankt-Peterburqdan sonra aksiya mayın 7-də Moskvada davam etdirləcək. Şuşanın işğalının növbəti ildönümü ərəfəsində də aksiyların planlaşdırıldığını deyən DAK rəsmisi bildirib: "Bu ərəfədə etiraz aksiyaları ilə yanaşı Moskvada elmi-praktik konfranslar da təşkil ediləcək".
Ə.Nicat onu da bildirib ki, aksiyaların necə təşkil olunması DAK sədri Cavad Derəxti tərəfindən nəzarətə götürülüb.